





AZƏRTUNEL MMC dəmir-beton burların istehsalı, tunellərin inşası, svay vurulması, boru döşənməsi və yeraltı infrastrukturlar üzrə ixtisaslaşmış aparıcı Azərbaycan tikinti şirkətidir.
Bizimlə Əlaqə

Azərtunel müasir avtomatlaşdırılmış texnologiya ilə yüksək keyfiyyətli dəmir-beton məmulatlarının istehsalı ilə məşğuldur. İstehsal çeşidinə 400–2000 mm diametrli dəmir-beton borular, mikrotunel boruları, müxtəlif ölçülü svaylar, bünövrə blokları, körpü tirləri, səki daşları, kanalizasiya və ventilyasiya quyuları, beton plitələr və sifarişə uyğun digər konstruktiv elementlər daxildir.
Boru və svaylar üçün armaturlar avtomatlaşdırılmış qaynaq xətləri ilə hazırlanır. Beton qarışığı xüsusi dozalanma sistemi ilə dəqiq ölçülür və hər partiya laboratoriya şəraitində test edilir. Bütün məhsullar möhkəmliyə, davamlılığa və normativlərə uyğunluğa görə yoxlanılır. Azərtunel həm standart, həm də fərdi layihələr üzrə sifarişlər qəbul edir.